ABŞ-ın İllinoys ştatında  dəhşətli hadisə baş verib.  

Unikal.org xəbər verir ki, 17 aylıq körpə iki pitbul tərəfindən parçalanaraq öldürülüb.

Belə ki, Marley Qrase adlı körpə ailəsi tərəfindən qonaq getdiyi evdə tək başına qalıb. Bu zaman ev sahibinin pitbul cinsindən olan iki iti körpəyə hücum edib. 17 aylıq körpənin ailəsi hadisə anına yetişsə də, onu xilas edə bilməyiblər. Hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub.  

Faktla bağlı araşdırma davam etdirilir.