Çinin müxtəlif bölgələrində yağan güclü yağış nəticəsində yaranan sel fəlakəti tarixi binalara ziyan vurub. 

Unikal.org xəbər verir ki, Anhui əyalətinin Huanqşan şəhərində baş verən sel fəlakəti  zamanı Min sülaləsi (1368-1644) dövründə inşa edilmiş  480 illik “Zhenhai”  körpüsü Xinan çayının sel sularına tab gətirə bilməyərək çöküb.

Qeyd edək ki, bazar ertəsi axşamından bəri davam edən güclü yağış bölgədə daşqınlara səbəb olub.