ABŞ-ın "Tesla" şirkəti yaxın zamanlarda tam avtomatlaşdırılmış texnologiyalı avtomobl istehsal edəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri İlon Mask Ümumdünya Süni İntellekt Konfransının açılışında deyib.

Onun sözlərinə görə, "Tesla" həmin texnologiyanın funksionallığına 2020-ci il ərzində nail ola biləcək. Hazırda şirkət avtopilot funksiyalı genişləndirilmiş avtomat sistemli avtomobillər istehsal edir.

İ.Mask əlavə edib ki, "Tesla" yeni soyutma sistemi üzərində işləyir, bu sistem avtomobillərdə daha təkmil kompüterlərdən istifadəyə icazə verəcək.