Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev xəstəxanadan çıxarılaraq, yenidən Dövlət Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasına köçürülüb.

Unikal.org xəbər verir ki, bu abrədə  Sputnik məlumat yayıb.

“Almazbek Atambayevin səhhəti qənaətbəxşdir. Həkimlərin konsiliumu olub, burada onun DMTK-nın istintaq təcridxanasına təhvil verilməsi qərarına gəlinib. Həkimlər hələ də onu nəzarətdə saxlayırlar”, - deyə dövlət komitəsindən bildirilib.

Xatırladaq ki, iyunun 29-da A.Atambayev özünü pis hiss edib, ondan koronavirus testi götürülüb, lakin testinin nəticəsi neqativ olub. Bundan sonra həmin gün həkimlər onlayn-konsilium keçiriblər və sabiq prezidentə ikitərəfli sətəlcəm diaqnozu qoyulub. Bununla əlaqədar A.Atambayevin xəstəxanaya yerləşdirilməsi haqda müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, A.Atambayev ötən ilin avqust ayında həbs edilib. Sabiq prezidentə qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb.

İyunun 23-də A.Atambayev Bişkekin 1 May Rayon Məhkəməsinin hökmü ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.