Xəbər verdiyimiz kimi, ölkədə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi elan olunub. Təbii ki, koronavrus bütün sahələrə olduğu kimi idmana da təsirsiz ötüşməyib.  

İdmançıların son durumu ilə bağlı Azərbaycan cüdo Federasiyasından Unikal.org-a iməlumat verilib: 

"Azərbaycan Cüdo Federasiyası mütəmadi olaraq milli komandamızın üzvləri ilə əlaqə saxlayır, onların vəziyyəti ilə maraqlanır. Həm böyüklər, həm gənclər, həm yeniyetmələr, həm də qadınlardan ibarət seçmə komandaların məşqçi heyəti ilə əlaqə saxlayır, fikir mübadiləsi aparırıq. 

Bildiyiniz kimi, hazırda heç bir cüdo yarışı keçirilmir. Beynəlxalq Cüdo Federasiyasının verəcəyi qərarlara əsasən milli komandalarımızın da gələcək təqvim planları müəyyənləşəcək.

Ümid edirik ki, tezliklə bütün dünya COVİD-19 bəlasından qurtulacaq və cüdoçularımız yenidən beynəlxalq yarışlarda qazandıqları qələbələrlə xalqımızı sevindirəcək". 

Aygün İlqarqızı