Kürdəmir sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarasu kənd sakini Z.Zülfüqarovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “Tula” markalı yivsiz ov tüfəngi götürülüb.

Araşdırma aparılır.