Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən 2018-ci ildə Tarif (qiymət) Şurası tərəfindən dövlət qeydiyyatına alınmayan və qiymətləri tənzimlənməyən 21 adda 950,8 min manat, 2019-cu ildə isə 29 adda 1716,3 min manat dəyərində dərman vasitələri alınıb.

Unikal.org xəbər verir ki, bu, Hesablama Palatasının 2020-ci ilin İş Planına əsasən 2018-2019-cu illərdə dövlət büdcəsindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxs üzrə aparılan auditin nəticələri haqqında məlumatda öz əksini tapıb.

Qeyd olunub ki, aparılan audit nəticəsində 2018-ci ildə mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması prosesində aşkar edilən nöqsanlar, 2019-cu ilin maliyyə hesabatlarının hazırlanması zamanı görülən tədbirlər nəticəsində aradan qaldırılıb, müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilən günlər üçün hesablanan 457,4 min manat məbləğində cərimənin büdcəyə ödənilməsi təmin edilib.