Türkiyə Dövlət Şurası (Ali İnzibati Məhkəmə) İstanbuldakı Müqəddəs Sofiya kilsəsinin (Ayasofya) muzeyə çevrilməsi barədə 1934-cü il tarixli qərarı ləğv edib.

Unikal.org xəbər verir ki, bu barədə “NTV” telekanalı məlumat yayıb. Bununla da ölkə hakimiyyəti Ayasofyanı məscidə çevirmək üçün hüquqi imkan əldə edib.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı Dövlət Şurasının qərarını gözlədiyini söyləmişdi. Moskva və bütün Rusiyanın patriarxı Kirill iyulun 6-da kafedralın neytral statusunu qorumağa çağırmışdı.