Almaniyada Baş nazir Angela Merkel ilə əlaqəli olan Federal Mətbuat Ofisində çalışan işçinin illərdir Misir adından casusluq etdiyi ortaya çıxıb. 

Unikal.org xəbər verir ki, Alman Mətbuat İdarəsindən mövzu ilə bağlı açıqlama verilməyib.

Belə ki, adı açıqlanmayan şəxsin illərdir Misir kəşfiyyatına məlumat ötürdüyü məlum olub. Hadisə ilə bağlı istintaq başladılıb.