Gürcüstanın Ukraynadakı məsul diplomatik nümayəndəsi David Boçorişvili bu ölkənin xarici işlər nazirinin müavini Vasil Bodnar ilə görüşüb.

Unikal.org xəbər verir ki, görüşdə Ukrayna tərəfinə Gürcüstanın etiraz notası təqdim olunub.

Sənəddə Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri Mixel Saakaşvilinin ötən gün Gürcüstanla bağlı səsləndirdikləri bəyanatların qəbuledilməz olduğu bildirilib.

D.Boçorişvili qeyd edib ki, bu cür təxribatçı addımlar iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinə zərər vurur.

Tərəflər qarşılıqlı əlaqələrin gələcəkdə daha da gücləndirilməsi ilə bağlı hazırlıq ifadə ediblər.