Qazaxıstanda son bir gündə 1 708 yeni koronavirus infeksiyası qeydə alınıb. Bunlardan 698-i simptomatik daşıyıcı, 1 010-u asemptomatikdir.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin COVID-19-un yayılmaması üzrə İdarələrarası Komissiyası məlumat verib.

Ümumilikdə indiyədək ölkə üzrə 56 455 insanda koronavirus infeksiyası aşkarlanıb ki, onlardan da 264-ü həyatını itirib.