Almaniyada Reynmen konserti qürbətçi türklərə koronavirusu unutdurdu.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Reynmen ləqəbli sosial media fenomeni Yusuf Aktaş Almaniyada açıq havada konsert proqramı ilə çıxış edib. Təxmini 500 avtomobilin olduğu konsertdə izləyicilər az qala koronavirusu unudub bir-birlərinə yaxınlaşdıqca, konsert təşkilatçıları tez-tez "Avtomobilinizə girin" xəbərdarlığı edərək məsafələri qorumağa çalışdılar.