Şəmkirdə mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimlikləri məlum olub.

Unikal.org xəbər verir ki, qəza zamanı xəsarət alanlar Qazax rayon sakini, 20 yaşlı Zeynəb Yolçiyeva, Tovuz rayon sakini, 30 yaşlı Xaliq Ələsgərov, Tovuz rayonunun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Rəşad Əliyev xəsarətlə xəstəxanaya yerləşdirilib. Daha 3 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. Xəstəxanaya yerləşdirilən 3 yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, avtoqəzaya səbəb mikroavtobusun sükanının qəfildən kilidə düşməsi olub.(apa)

****

20:20

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndi yaxınlığında qeydə alınıb. Mikroavtobusun aşması nəticəsində xeyli sayda xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.