Türkiyənin məşhur müğənnisi Sinan Akçıl ayrıldığı həyat yoldaşı Burcu Kıratlı ilə yenidən bir araya gəlib.

Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, Sinan Akçıl Burcu Kıratlı ilə dostunun nişan mərasiminə qatılıb.
Doqquz ay Burcu Kıratlı ilə evli qalan Sinan Akçıl mətbuata açıqlamasında "Bu dəfə xaricdə deyil, ölkəmizdə ailə quracağıq. Türkiyə bizə uğurlu olacaq", - deyərək yenidən nigah masasına əyləşəcəyini bildirib.


Qeyd edək ki, Sinan Akçıl ilə Burcu Kıratlı Amsterdamda ailə qurmuşdular.