Ermənistanda son sutkada koronavirusa 577 yoluxma qeydə alınıb.

Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi bildirib.

Məlumata görə, koronavirus xəstələrinin sayı 31 969 nəfərə çatıb, daha 6 nəfər ölüb.