Azərbaycan millisinin qapıçısı Mehdi Cənnətovun gələcək karyerasına aydınlıq gəlib.

Unikal.org xəbər verir ki, bu məlumatı apasport.az-a milliləşən rusiyalı legionerin özü verib.

O bildirib ki, karyerasını “Sumqayıt”da davam etdirəcək. “Gənclik şəhəri” təmsilçisi ilə müqaviləsi başa çatan 28 yaşlı qapıçı daha bir illik anlaşıb. “Zirə”nin də danışıqlar apardığı Cənnətov karyerasını Avropa Liqasında çıxış edəcək komandada sürdürməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, son mövsüm Premyer Liqada 19 matçda 31 top buraxan rusiyalı Azərbaycanda yalnız “Sumqayıt”ın şərəfini qoruyub. O, çempionatda ümumilikdə 45 oyunda 68 qol buraxıb.