Bakıda “Coca Cola” şirkətinin əməkdaşları vətəndaşın bahalı itini oğurlayıblar.

Bu barədə itin sahibi Nərmin Ələsgərzadə Unikal.org-a məlumat verib. O, qeyd edib ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. “Coca Cola” şirkətinin iki əməkdaşı 90-VD-566 dövlət qeydiyyat nişanlı maşını saxlayaraq dəyəri 2500 manat olan “Shpitz” cinsli  iti götürüb aparıblar.