Tbilisidə it 5 yaşlı uşağı ilanın pəncəsindən son anda qurtarıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Heyvanların Monitorinqi Agentliyinin rəhbəri Vaxtang Lomjaria məlumat paylaşıb

Onun sözlərinə görə, 5 yaşlı uşaq həyətdə oynayarkən anidən it hürüməyə başlayıb, bunu görən uşağın valideyinləri itin Gürzə ilanına hürüdüyünü görüb dərhal uşağı oradan uzaqlaşdırıblar.

Bundan sonra həmin ailə itin ilan tərəfindən sancıldığını biliblər və Heyvanların Monitorinqi Agentliyinə bu barədə məlumat veriblər.

Heyvanların Monitorinqi Agentliyinin rəhbəri, itin vəziyyətinin ağır olduğunu, lakin tibbi müdaxilədən sonra onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.