Ekspres xətlər üzrə avtobuslar üçün yeni müvəqqəti dayanacaq məntəqələri müəyyən edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Unikal.org-a verilən məlumata görə, ekspres xətlər üzrə avtobuslar müntəzəm xətlər üçün müəyyən edilən daimi dayanacaq məntəqələrindən bir qədər aralıda dayanacaq.

Artıq bununla bağlı əraziə müvafiq işlər görülüb, nişanlar qoyulub. Məqsəd dayanacaq məntəqələrində sərnişinlər arasında sosial məsafənin qorunmasını təmin etməkdir.