Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Unikal.org xəbər verir ki, hesabata əsasən, ötən sutka ərzində 230 370 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 5285 nəfər dünyasını dəyişib.

İndiyədək ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşır.

Son məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 12 milyon 944 min 337, pandemiya qurbanlarının sayı isə 569 min 347 nəfərdən çoxdur.