Bu gün erməni təxribatı nəticəsində şəhid olan daha bir hərbi qulluqçumuzun fotosu yayılıb.

Unikal.org xəbər verir ki, düşmən təxribatı nəticəsində şəhid olan Tovuz rayon Ağdam kənd sakini Baş əsgər Məmmədov Elşad Dönməz oğludur. Şəhid doğulduğu Tovuz rayonunda böyük izdihamla qarşılanıb.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.