Azərbaycan prezidenti Ağsuda avtomobil yolunun tikintisinə 6 milyon manat ayırıb
Azərbaycan prezidenti Ağsuda avtomobil yolunun tikintisinə 6 milyon manat ayırıb

Azərbaycan prezidenti İlham Əliyev Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
On səkkiz min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən Ağsu Rayon İcra Hakimiyyətinə ilkin olaraq 6,0 (altı) milyon manat ayrılıb.