Hollivud aktyoru Con Travoltanın həyat yoldaşı Kelli Travolta vəfat edib.

Unikal.org xəbər verir ki, aktyor bu barədə özünün “Instagram” hesabında yazıb.

66 yaşlı C.Travolta həyat yoldaşının son iki il ərzində süd vəzisinin xərçəngi ilə mübarizə apardığını qeyd edib.

“Kellinin sevgisi və həyatı həmişə xatırlanacaq”, - Hollivud ulduzu yazıb.