GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində hücumunu qınayıb.

Unikal.org xəbər verir ki, bu barədə təşkilatın “Twitter” hesabında paylaşım edilib.

Bildirilib ki, münaqişələr təşkilata üzv ölkələrin inkişafına mane olur.

“GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətindəki hücumunu qınayır. Biz bir daha vurğulayırıq ki, GUAM bölgəsində münaqişələr rifah, stabillik və firavanlığa mane olur”, - deyə qeyd olunub.