Cənubi Afrika hakimiyyəti koronavirus hallarının artması səbəbindən spirtli içkilərin satışına yenidən qadağa qoyub və eyni zamanda saat 21: 00-dan 04: 00-a qədər komendant saatı tətbiq edilib.

Unikal.org xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Mənbə bildirir ki, prezident Siril Ramafosa yeni məhdudiyyətlərin ölkənin səhiyyə sisteminin yükünü azaltmaq üçün yaradıldığını söyləyib.

“Bir sıra insanlar şənliklər keçirməyə və içki içməyə başladılar. Bəziləri isə maskalarsız izdihamlı yerlərə gedir” deyib.

Qitədə koronavirusa ən çox yoluxma Cənubi Afrikida qeydə alınıb. Son məlumatlara görə, 276 mindən çox yoluxan və 4 mindən çox ölən var. Ötən həftə, yeni Covid-19 hadisələrinin sayında ən böyük gündəlik sıçrayış qeydə alınıb.

Pandemiyanın ilk dalğası dövründə Cənubi Afrika ticarət müəssisələrinin iflasına, zorakılıq və siyasi çəkişmələrə səbəb olan, ananaslara maraq oyandıran spirt satışına qadağa tətbiq edib.