Polşa Seçki Şurası, dünən keçirilən prezident seçkilərinin ikinci turunda Andjey Dudanın  51,21 faiz səs topladığını bildirib.  

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki Seçki Şurasının sədri Sylvester Marciniak səslərin 99,97 faizinin tamamlandığını və Dudanın rəsmi nəticələrə görə prezident seçkilərini qazandığını söyləyib. 

Həmçinin də, Seçki Şurasının sədri  açıqlamasında, siyahıyaalmanım davam etdiyini və nəticənin dəyişməyəcəyini bildirib. Təxminən 30 milyon seçicinin olduğu ölkədə seçkilərdə iştirakın rekord həddə - 68,12 faiz olduğu bildirilib. Rəsmi nəticələrə görə, ikinci dəfə prezident seçilən Duda bu vəzifəni daha 5 il davam etdirəcəkdir.