Cəlilabad rayonunun Günəşli kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, yanan ev Günəşli kənd həkim məntəqəsinin baş həkimi Cavanşir Bağırova məxsusdur.