ABŞ-da 17 ştat və paytaxt Vaşinqton, Donald Tramp rəhbərliyinin payızda onlayn şəkildə   universitetlərdə təhsil almaq və ən əsası xarici tələbələrin təhsil alma qərarının ləğvi əks-səda doğurub.

Unikal.org  xəbər verir ki, Tramp rəhbərliyinin, payız semestrində tamamilə onlayn olacağı universitetlərdə oxuyan xarici tələbələrin ya üz-üzə təhsil verən başqa bir universitetə getməsini və ya ölkəni tərk etməsini tələb edən qərarı məhkəməyə verilib. 

Paytaxt Vaşinqton ştatının baş prokurorları, həmçinin Kaliforniya da daxil olmaqla 17 ştat, bir çox xarici tələbənin problem yaşayacağını bildirərək qərarın ləğvini tələb edib.