ABŞ-da “Lil Marlo” təxəllüsü ilə tanınan reper Rudolf Conson Atlanta ştatında qətlə yetirilib.

Unikal.org xəbər verir ki, bu barədə “TMZ” portalı  hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Portalın bildirdiyinə görə, polisə şəhər mərkəzindəki magistral yolda baş verən yol qəzası barədə məlumat daxil olub. Hadisə yerinə gələn asayiş keşikçiləri 30 yaşlı repçinin cəsədini aşkar ediblər.

İstintaq hesab edir ki, Rudolf Conson avtomobili idarə edərkən silahla vurulub.

Hadisənin səbəbləri hələ məlum deyil.