ABŞ Prezidenti Donald Tramp 2017-ci ildə qasırğadan sonra Puerto-Rikonu satmağı təklif edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzetinə keçmişdə ABŞ-ın daxili təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk danışıb.

Onun sözlərinə əsasən, Tramp özünü siyasətçi kimi deyil, daha çox iş adamı kimi aparıb, lakin bu təklifinin müabilində səsləndirilən fikirlərdən sonra məsələ bir daha Ağ evdə müzakirəyə çıxarılmayıb.

Xatırladaq ki, 2017-ci ilin payızında Puerto-Rikoda baş verən "Mariya" qasırğası dağıntılara və üç min insanın ölümünə səbəb olub.

Puerto Riko - ABŞ-dan asılı ərazidir. Birləşmiş Ştatların nəzarəti altındadır, lakin onun ayrılmaz hissəsi deyil. Puerto Riko sakinlərinin ikili vətəndaşlığı var - Puerto Riko və ABŞ, lakin onlar ABŞ-ın prezident seçkilərində iştirak etmək hüququna malik deyillər.