Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusdan balın köməyi ilə müalicə olunmağı tövsiyə edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  o, Mogilyov vilayətində bal, pendir və xalq təsərrüfatı mallarının ticarəti ilə məşğul olan sakinlərlə söhbətində bu barədə danışıb.

Arıçılarla söhbəti zamanı özünün də arı saxladığını deyən A.Lukaşenko sözlərinə belə davam edib: “Pandemiyadan müalicə olunmaq üçün bura gəlmək lazımdır. Balın dadına baxın, (bulağa) baş vurun”.

Bundan əvvəl dövlət başçısı belaruslulara koronavirus infeksiyasını “traktor, yüz qram və hamamla” müalicə etməyi tövsiyə etmişdi.

İyul ayının əvvəlində isə Lukaşenko koronavirus üzərində qələbəni elan edib.