Naftalanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Naftalan-Qaşaltı avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.