Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Azərbaycana dəstək verib.

Unikal.org xəbər verir ki, bununla bağlı partiya sədri "Twitter"də paylaşım edib.

"Ermənistanın can Azərbaycanımıza qarşı aqressiyasında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Sadəcə qardaşlarımız olduqları üçün deyil, işğalçıya qarşı torpaqlarını müdafiə etdikləri üçün də yanlarındayıq, hər zaman da yanlarında olacağıq", - o bildirib.