BMT baş katibi Antoniu Quterreş Azərbaycan-Ermənistan sərhədində döyüş hərəkətlərini təcili dayandırmağa çağırıb.

Unikal.org xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrikun bəyanatında deyilir.

"Baş katib döyüş hərəkətlərini təcili dayandırmağa çağırır, həmçinin bütün cəlb edilmiş tərəflərdən vəziyyətin deeskalasiisyası üzrə təcili addımlar atmağı xahiş edir", - Dyujarrik vurğulayıb.

Onun sözlərinə görə, baş katib həmçinin tərəfləri fitnəkar ritorikadan çəkinməyə çağırıb.