Portuqaliya polisi “Yuventus”un futbolçusu Kriştiano Ronaldonun oğlu Juinor Ronaldoyla bağlı istintaq başladıb.

Unikal.org xəbər verir ki, buna səbəb Juniorun qanunsuz olaraq reaktik xizək sürməsi olub. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Juniorun reaktiv xizək sürməsini bibisi telefonla çəkib və daha sonra “instagram”da paylaşıb. Juniorun bibisiylə yanaşı, anası və atası Ronaldo da həmin görüntüləri “intstagram”a yerləşdirib, lakin daha sonra silib.

Portuqaliya qanunlarına görə, reaktik xizək sürmək üçün xüsusi sertifikat olmalıdır. Qanun pozuntusunun cəriməsi 268 ilə 2,6 min funt-sterlinq arasındadır. Bu məbləğ hüquqi şəxslər üçün isə 10,7 min funt-sterlinqə qədərdir.