Türkiyənin Antalya vilayətinin Alanya rayonunda 4 bal gücündə zəlzələ olub.

Unikal.org-un Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 11:33-də yerin 20 km dərinliyində baş verib.