İspaniyada tibb işçiləri paytaxt Madriddəki Xalq Sağlamlıq İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, minlərlə tibb işçisi maaşlarının artırılması və iş qaydalarına güzəştlərin edilməsi üçün bir araya toplanıb. Hökumətdən anlaşma tələb edən etiraz iştirakçıları şərtlər yerinə yetirilməzsə, 20 iyul tarixində daha geniş etiraz aksiyasının olacağı ilə bağlı xəbərdarlıq ediblər.