İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonuna gətirilib.

Unikal.org xəbər verir ki, şəhid generalın cənazəsi  Vəndam kəndində olan ata ocağında böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, P. Həşimov sabah Bakıda II Fəxri Xiyabanda dəfn olunacaq.