Braziliyada “Corc Floyd” polis zorakılığına oxşar hadisə yaşanıb.   

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, San Paulo şəhərində qeydə alınan görüntülər ölkədə gündəm yaradıb. 

Belə ki, iki dostun  yüksək səslə danışması, yerli əhalidə narazılığa səbəb olub.  Daha sonra yerli sakinlərdən daxil olan şikayət əsasında polis qrupları hadisə yerinə gəlib.

Polis şəxslərlə bir müddət mübahisə edib. Sonradan müzakirə daha da böyüyüb. İki dost polis tərəfindən tutularaq döyülüb. Həmin anlar həvəskar kamera tərəfindən qeydə alınıb. Görüntülərdə polis ətrafı yüksək səslə narahat edən, şəxslərdən  birini yerə uzadaraq boynunu diz ilə sıxdığı anlar diqqət çəkib.

Zorakılığa məruz qalan digər şəxs, polisə dostunun buraxılması üçün  “daha zorakılıq tətbiq etməyin” deyə ifadə işlədib.