Avstraliya Səhiyyə naziri Qreq Hant tibbi maskanı taxarkən gülünc vəziyyətə düşüb.

Unikal.org xəbər verir ki,  həmin kadrlar "7news" telekanalında yayımlanıb.

Belə ki, nazir vətəndaşlara tibbi maska taxmağı və ictimai yerlərdə sosial məsafəni qorumağı tövsiyə etdikdən sonra özü də nümunə olaraq maskanı taxmaq istəyib, lakin bu, onda ilk dəfədən uğurlu alınmayıb.

Hant əvvəl maskanı gözlərinə taxıb, sonra ipləri qulağına güclə keçirib. Daha sonra maskanı əyri formada taxdıqdan sonra o, tamaşaçılara təşşəkkürünü bildirərək sağollaşıb.