Almaniya kansleri Angela Merkel AFR-nın Aİ Şurasında sədrliyi ilə bağlı keçirilən mətbuat konfransında çıxış edərkən maraqlı anlar yaşanıb.

Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, Merkelin nitqi zamanı kiminsə telefonu zəng çalıb. 

Kansler mahnını dinləyərək məmnun şəkildə başını tərpədib və musiqinin gözəl olduğunu deyib.

Video qısa müddətdə sosial şəbəkələrdə yayılıb. İstifadəçilər  siyasətçinin reaksiyasını, emosianallığını və xeyirxahlığını yüksək qiymətləndiriblər.