Ermənistanın paytaxtı İrəvan şəhərinin mərkəzində yerləşən Göy məscidə partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.

Unikal.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, həyəcan siqnalı ilə dərhal hadisə yerinə yanğından mühafizə qüvvələri və kinoloqlar cəlb olunub.