Belarus Prezidenti Aleksandr Lukaşenkonun mülkiyyətində ev, mənzil və avtomobil yoxdur.

Unikal.org xəbər verir ki, bu barədə dövlət başçısının Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi gəlirlər və əmlak haqqında bəyannaməsində bildirilir.

Sənədə əsasən, Belarus liderinin mülkiyyətində, həmçinin qaraj, torpaq sahəsi, bağ evi, motosik, motorlu qayıq, yaxta və digər daşınan və daşınmaz əmlak mövcud deyil.

Lukaşenkonun 2019-cu ildə gəliri 117 min Belarus rublu (82 min AZN) təşkil edib. Onun həyat yoldaşı Qalina Lukaşenkonun gəliri isə 5,5 min rubl (3,9 min AZN) olub.

Həmçinin Lukaşenkonun xanımına 196 m2 sahəsi olan yaşayış evi, Şklovada yerləşən 1498 m2 torpaq ərazisi mənsubdur.

Şklova yağ istehsalı zavodunun 56 səhmi də birinci xanımındır.