Cənubi Afrikanın ikinci şəhəri olan Keyptaunda leysan yağışları və qasırğa əhalini qorxuya salıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  leysan yağışları nəticəsində şəhərin bəzi ərazilərini su basıb.

Yerli məlumata görə,  sürəti saatda 100 km-ə çatan güclü külək gün ərzində dayanmadan əsib. Fırtına on metr hündürlüyündə dalğaları sahilə çırpıldıqda isə, dəniz köpüyü yeri "qar" kimi örtüb. 

Külək yaşayış məntəqələrindəki bir neçə ağacı və damları aşırdıb. Bölgədə havalar kəskin soyuyub, bəzi yerlərdə temperatur 13 dərəcəyədək enib.

Proqnozlara əsasən, Keyptaunda soyuq havalar davam edəcək, köpük əvəzinə isə əsl qar yağacaq.