Ağdaş rayonunun Ləki qəsəbəsində ümumi sahəsi 156 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb.

Fövqəladə hallar nazirliyindən Unikal.org-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.