Qısa müddət əvvəl atasını itirən rusiyalı döyüşçü Həbib Nurmaqomedov daha tez Oktagona qayıda bilər.

Unikal.org xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt məlumat verib. O, yüngül çəki dərəcəsi üzrə çempionun UFC 253-də Castin Getji ilə döyüşünü gözləydiyini bildirib.

Döyüş sentyabrın 19-da "Fight Island" baş tutacaq.

Qeyd edək ki, Həbibin atası Abdulmanap Nurmaqomedov ağır ürək xəstəliyindən əziyyət çəkirdi. Uzun müddət komada qaldıqdan sonra vəfat edib. Onun koronavirusa yoluxduğu deyilirdi.