İyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5220,6 min nəfər olub, onlardan 4883,1 min nəfərini məşğul əhali təşkil edib. 

Unikal.org xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1681,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 930,0 min nəfər, qeyri-dövlət sektorunda isə 751,7 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1647,8 min nəfər çalışıb.