FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Unikal.org qurumun rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbiylə beynəlxalq oyunlar keçirilmədiyi üçün milli komandaların mövqeyi dəyişməyib. O cümlədən, 1177 xal toplayan Azərbaycan millisi də 114-cü pillədəki yerini qoruyub.

Reytinq cədvəlinə Belçika millisi rəhbərlik edir.