Leysan yağışları Yaponiyadakı 47 prefekturanın 24-də ən az 15,3 min binaya ziyan vurub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ən böyük zərər cənub-qərbdəki Kumamoto prefekturasına dəyib, burada təxminən 8 min binaya zərər dəyib. Leysan həmçinin ən az 54 mədəni irs obyektinə, o cümlədən YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan binalara ziyan vurub.

Son məlumata görə, leysan yağışlar nəticəsində 77 nəfər ölüb, daha 10 nəfər itkin düşüb.