Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin iştirakı ilə “Azərenerji” ASC-nin, Bakı şəhərində yeni tikilərək istismara verilən 220 kV-luq yarımstansiyasının açılışı olub.

Qeyd edək ki, yeni yarımstansiya Sovet dövründən sonra Bakı şəhərində tikilən ikinci 220 kV-luq yarımstansiyadır.

Unikal.org yeni tikilən və bu gün açılış həyata keçirilən “Böyükşor” yarımstansiyasından görüntüləri təqdim edir:

XXX

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tikilən “Böyükşor” yarımstansiyasının açılışında iştirak ediblər.

Unikal.org xəbər verir ki, dövlət başçısına və birinci xanıma yarımstansiya barədə məlumat verilib.

Prezidenti İlham Əliyev yarımstansiyanı işə salıb.